AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
QLOBAL İNFORMASİYA CƏMİYYƏTİ ŞƏRAİTİNDƏ AZƏRBAYCAN VƏTƏNDAŞLARININ ADLANDIRILMASI MƏSƏLƏLƏRİ
Əliquliyev Rasim M., Cəfərov Yedgar M., Qurbanova Əfruz M.

Azərbaycanın qlobal informasiya məkanına sürətlə inteqrasiyası bir çox taleyüklü məsələlər kimi ad və soyad sistemi və milli identiklik məsələlərinin araşdırılmasını da zəruri edir. Məqalə vətəndaşların adlandırılması sistemi və milli identiklik məsələlərindən bəhs edir. Azərbaycanda vətəndaşların adlandırılması ilə bağlı mövcud problemlər araşdırılmışdır. Qloballaşma dövründə, informasiya cəmiyyəti mühitində bu problemlərin mümkün həlli yolları nəzərdən keçirilmişdir. Azərbaycan vətəndaşlarının ad və soyadlarının, bu sahədə tarixi ənənələrin, ad strukturunun ətraflı təhlili aparılmışdır. Milli adlandırma sisteminin psixolinqvistik aspektləri önə çəkilmişdir. Ad və soyad sisteminin təkmilləşdirilməsi, ad komponenti standartlarının yenidən müəyyənləşdirilməsi, adlardakı təhrif hallarının aradan qaldırılması, adlara dair informasiya resurslarının yaradılması və onlardan istifadə mexanizmlərinin işlənib hazırlanması, transliterasiya standartlarının yaradılması kimi məsələlər aktual problem kimi müəyyənləşdirilmişdir. Bu sahədə xarici təcrübə araşdırılmışdır. Problemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürülmüşdür (səh.3-11).

Açar sözlər:ad, soyad, ata adı, təxəllüs, ləqəb, adlandırma, ad sistemi, milli identiklik. Giriş
DOI : 10.25045/jpis.v11.i2.01
Ədəbiyyat
  • Аблитарова Л.Э. Формирование имен и фамилий у различных народов, проживающих на территории Крыма. // Современная филология: материалы IV Междунар. науч. конф., г. Уфа, март, 2015, с. 19-21.
  • Баскаков Н.А. Русские фамилии тюркского происхождения, Баку, “Язычы”, 1992, 280 c.
  • Cəfərov Y. Azərbaycan dilinin onomastikası müstəqillik dövründə, Bakı, “Elm və təhsil” nəşriyyatı, 2015, 367 s.
  • Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları, Bakı, “Maarif” nəşriyyaatı, 1998, 332 s.
  • Həsənov H.Ə. Familiya sosial-ictimai hadisə kimi / Azərbaycan onomastikası problemlərinə həsr olunmuş III elmi-nəzəri konfransın materialları, Bakı, APU, 1990, s. 9-11.
  • Paşa A. Azərbaycan antroponimiyasının leksik problemləri, Bakı, “Maarif” nəşriyyaatı, 1997, 253 s.
  • “Adlar və Soyadlar” Dövlət İnformasiya Sisteminin yaradılması Konsepsiyası, Ekspress-İnformasiya, Bakı, AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2010, 43 s.
  • “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, Bakı, 12 may 2011-ci il, http//www.e-qanun.az/framework/21676
  • The Use of Middle Names, http//www.genfiles.com/articles/middle-names
  • Pasport, az.wikipedia.org/wiki/Pasport
  • Machine Readable Travel Documents, Seventh Edition, Part 3: Specifications Common to all MRTDs, ICAO, 2015, 86 p.