AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FƏRDİN VƏ CƏMİYYƏTİN İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ MƏDƏNİYYƏTİNİN BƏZİ ASPEKTLƏRİ HAQQINDA
Mahmudova Rəsmiyyə Ş.

Məqalədə fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin bəzi aspektləri araşdırılır. İnformasiya təhlükəsizliyi problemlərinə texnoloji və humanitar aspektdən yanaşmalar təhlil edilir. İnformasiya sistemlərində toplanan informasiyanın, o cümlədən sirr daşıyan məlumatların mühafizəsi, fərdi məlumatların qorunması kimi problemlərin həlli texnoloji üsul və vasitələrlə yanaşı insan faktorundan asılı olduğu üçün informasiya təhlükəsizliyi mədəniyyətinin öyrənilməsi olduqca aktualdır. Bu baxımdan fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi ilə bağlı müxtəlif problemlər (informasiya bolluğunun yaratdığı problemlər, informasiya “çirklənməsi” problemləri, fərdi və kütləvi şüurun manipulyasiyası, kibercinayətlər, fərdi məlumatların qorunması, informasiya müharibələri, kiberxəstəliklər və s.) araşdırılır və bu problemlərin aradan qaldırılmasında informasiya təhlükəsizliyi mədəniyyətinin rolu əsaslandırılır. Müxtəlif yanaşmaların təhlili əsasında informasiya təhlükəsizliyi mədəniyyətinin mahiyyəti  və tərkib hissələri analiz olunur. İnformasiya təhlükəsizliyi mədəniyyətinin  texnoloji, informasiya-psixoloji və hüquqi-etik aspektləri araşdırılır və müəyyən təkliflər verilir. İşin yerinə yetirilməsində analiz və sintez, müqayisə, ümumiləşdirmə, sistemli yanaşma metodlarından istifadə edilmişdir. Məqalədə əldə edilən nəticələr informasiya təhlükəsizliyi problemlərini araşdıran tədqiqatçılar, informasiya təhlükəsizliyi fənnini tədris edən müəllimlər tərəfindən mənbə kimi istifadə oluna bilər (səh.56-66).

Açar sözlər:informasiya təhlükəsizliyi mədəniyyəti, informasiya-psixoloji təhlükəsizlik, informasiyanın qorunması, informasiya etikası.
DOI : 10.25045/jpis.v12.i1.05
Ədəbiyyat
  • Колин К.К. Гуманитарные аспекты проблемы информационной безопасности // Информатика и её применение, 2016, Т. 10, Вып. 3, с. 111-121.
  • Астахова Л.В. Информационно-психологическая безопасность в регионе: культурологический аспект // Вестник УрФО. Безопасность в информационной сфере, 2011, № 2, с. 40-47.
  • Mahmudova R.Ş. Cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması məsələləri haqqında // İnformasiya cəmiyyəti problemləri, 2013, №1(7), s. 32-38.
  • İmamverdiyev Y. N. İnformasiya-psixoloji təhlükəsizliyin təmin edilməsi problemləri / İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II respublika elmi-praktiki konfransı, 14 may 2015-ci il, s. 78-81.
  • Велижанцева А.А. Формирование негативных зависимостей в ИКТ-среде у детей и подростков / Информационная безопасность и вопросы профилактики киберэкстремизма среди молодёжи: Материалы внутривузовской конференции, 9-12 октября 2015 г., с. 115-126.
  • Mahmudova R.Ş. Fərdi məlumatların qorunması və informasiya təhlükəsizliyi mədəniyyəti / İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri V respublika konfransı, 29 noyabr 2019-cu il, s. 229-232.
  • Дремлюга. Р.И. Интернет-преступность: моногр., Владивосток: Изд-во Дальневост. унта, 2008, 240 с.
  • Поляков В. П. Аспекты информационной безопасности информационной подготовки в системе высшего профессионального образования // Глобальный научный потенциал, 2012, № 4 (13), с. 39-44.
  • Əliquliyev R. M., İmamverdiyev Y. N., Mahmudov R.Ş. İnformasiya təhlükəsizliyinin multi­dissiplinar elmi-nəzəri problemləri // İnformasiya cəmiyyəti problemləri, 2017, №2, s.32-43.
  • Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, 12 noyabr 1995-ci il, http://www.e-qanun.az/framework/897
  • “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı, 19 iyun 1998-ci il, http://www.e-qanun.az/framework/3420
  • Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, https://www.coe.int/az/web/compass/the-universal-declaration-of-human-rights-full-version-
  • Кононов О.А., Кононова О.В. Социальные и этические аспекты обеспечения информационной безопасности // Проблемы управления, 2009, №1, с.76-79.
  • UNESCO, Code of ethics for the information society,  http://www.unesdoc.unesco.org