AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
MİLLİ TOPONİMİK GEOİNFORMASİYA SİSTEMİNİN YARADILMASININ KONSEPTUAL ƏSASLARI
Rasim M. Əliquliyev, Yedgar M. Cəfərov, Əfruz M. Qurbanova

Coğrafi informasiya sistemləri və məkan məlumat bazaları ilə bağlı məsələlər son illər toponimik tədqiqatlarda böyük rol oynamağa başlamışdır. Coğrafi məkan məlumatlarından istifadənin genişlənməsi ilə əlaqədar olaraq toponimlərin öyrənilməsinə maraq da artmaqdadır. Tədqiqat işində toponimiyanın funksiyaları araşdırılır, ictimai-iqtisadi formasiyaların bir-birini əvəz etməsi, işğal faktları və s. bu kimi tarixi hadisə və proseslərin toponimiyaya təsiri təhlil olunur. Bu qanunauyğunluqların Azərbaycanın toponimlər sistemində necə əks olunduğuna baxılır. Qloballaşma şəraitində, İnternet-texnologiyaların inkişafı dövründə etibarlı və əlçatan məkan məlumatlarına operativ çıxış imkanlarının olması böyük əhəmiyyətə malikdir. Bu səbəbdən regional onomastikanın aktual vəzifələrindən biri elektron regional məlumat bazalarının yaradılması və Azərbaycanın bütün bölgələrinin toponimik məlumatlarını bir-biri ilə əlaqələndirən vahid məlumat bazasının formalaşdırılmasıdır. Tədqiqat işində Azərbaycanda milli toponimik geoinformasiya sisteminin yaradılması zəruriliyi əsaslandırılmışdır (səh.3-11).

Açar sözlər:Onomastika, Toponimika, Geonomastika, Coğrafi informasiya sistemi, Onomastik xəritə, Toponimik geoinformasiya sistemi
DOI : 10.25045/jpis.v13.i1.01
Ədəbiyyat
  • Афанасьев, О.Е., (2007) Картография и топонимика: методология регионального похода к изучению. Псковский регионологический журнал, 99–110.
  • Тесленок, С.А., Ивлиева, Н.Г., Учеваткина, Н.В., Тесленок, К.С. (2017) Создание специализированной топонимической ГИС для районов дерусификации, десоветизации и декоммунизации. Научный журнал ИНТЕРКАРТО. ИНТЕРГИС, 13-26. https://doi.org/10.24057/2414-9179-2017-2-23-13-26
  • Мурзаев, Э.М. (1979) География в названиях. М.: Наука.
  • Мурзаев, Э.М. (1974) Очерки топонимики. М.: Мыслъ.
  • Convention Concerning the Protection of the World Cultural and Natural Heritage, The General Conference of the UNESCO meeting in Paris from 17 October to 21 November 1972, at its seventeenth session. https://whc.unesco.org/en/conventiontext/
  • Мартыненко, А. (2020) Электронные ресурсы как инструменты для топонимических исследований. Москва, / Вестник ТГПУ (TSPU Bulletin), 5(211), 114-126. http://dx.doi.org/10.23951/1609-624X-2020-5-114-126
  • Bakıxanov, A. (1951) Gülüstani-İrəm. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı.
  • Gordón, M.D. (2017) Nomen est omen? naming and renaming of places in minority inhabited areas in Georgia. European Centre for Minority Issues (ECMI).
  • Lewis, P.F. (2017) Axioms for Reading the Landscape. http://www.sethspielman.org/courses/geog3612/readings/PierceLewisAxioms.pdf
  • Нифталиев, И. (2010) Азербайджанская ССР в экспансионистских планах армян (20-е годы ХХ века). Баку: «Тахсил».
  • Мамедова, Н. (2018) Политика армянизации Западного Азербайджана (современной Армении): история и современность.  http://newtimes.az/ru/economics/5659
  • Mustafa, N. (2006) Vandalizm: tarixi adlara qarşı soyqırım. Bakı: "Təhsil".
  • Gammeltoft, P. (2016) Names and geography. The Oxford Handbook on Names and Naming. Oxford University Press, 502-513. https://doi.org/10.1093/oxfordhb/9780199656431.013.58
  • Wright, J.K. (1966) Human Nature in Geography: Fourteen Papers, 1925-1965. Cambridge, Harvard University Press.
  • Shokhenmayer, E. (2017) Controversial article on geonomastics. Journal for meta-carto-semiotics, 3 (1), 35-47.
  • İnteraktiv xəritə “Muasir Ermənistan ərazisində Azərbaycan toponimləri”, 2019.realmap.az 
  • https://az.wikipedia.org/wiki/Mustafa_Top%C3%A7uba%C5%9Fov
  • Соколова, Т.П., Махиянова, Л.Р. (2015) XXV Международный ономастический конгресс «Имена и их окружение» // Вопросы ономастики, 1(18), 203-212.
  • Gammeltoft, P. (2014) Onomastics for all: How can new technology help broaden the appeal of name research? 25th International Congress of Onomastic Sciences (ICOS), Glasgow, 25-29 August 2014.
    http://e-onomastics.blogspot.com/2014/08/peder-gammeltoft-onomastics-for-all-how.html
  • BillionGraves (2021). https://billiongraves.ru/
  • Qurbanov, A. M. (2019) Azərbaycan onomalogiyasının əsasları. I cild, Baki: Imak.