AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
PROQRAM MÜHƏNDİSLİYİ STANDARTLARININ ANALİZİ
Bayramova Tamilla A.

Proqram mühəndisliyinin inkişafı proqram təminatının işlənilmə prosesinin daha da dinamik və innovativ olmasını və onun hüquqi-iqtisadi bazasının gücləndirilməsini tələb edir. Sifarişçinin tələblərinə cavab verə biləcək keyfiyyətli proqram təminatının işlənilməsi üçün onun normativ bazası reqlamentləşdirilməli və standartlaşdırılmalıdır. Proqram təminatının həyat dövrü proseslərini əhatə edən yüzlərlə beynəlxalq standartlar mövcuddur. Məqalədə proqram mühəndisliyinin standartları təhlil edilmiş və proqram təminatının keyfiyyətinin idarə edilməsi üçün onların tətbiqinin vacibliyi vurğulanmışdır. Bu standartların tətbiq sahələri və proqram mühəndisliyi standartlarını işləyən əsas təşkilatlar haqda məlumat verilmişdir. Standartların proqram təminatının müxtəlif xarakteristikaları üzrə klassifikasiyaları göstərilmişdir. Peşəkar proqram mühəndislərinin hazırlanması prioritet sahələrdəndir. Onlar tədris müddətində proqram təminatının işlənilməsi, sənədləşdirilməsi, proqramların həyat dövrünün idarə edilməsi, menecment və s. bacarıqlara malik olmaq üçün geniş biliklər bazasına və bacarıqlara yiyələnməlidirlər. Bu məqsədlə beynəlxalq təşkilatlar tərəfindən bir neçə tədris standartı işlənilmişdir. Həmin standartlar araşdırılmış və Azərbaycanda milli tədrisin xüsusiyyətlərini nəzərə alaraq peşəkar proqram mühəndislərinin hazırlanması üçün beynəlxalq standartlar əsasında tədris proqramının işlənilməsinin aktuallığı vurğulanmışdır. Eyni zamanda, proqram mühəndislərinə bu sahə üzrə mövcud olan baza standartlarının, standartların profillərinin və onların tətbiqi məsələlərinin tədrisinin vacibliyi göstərilmişdir. Standartların işlənilməsi və tətbiqi üzrə dünyada mövcud olan təcrübəyə əsaslanaraq Azərbaycanda da proqram mühəndisliyi üzrə milli standartların işlənməsi və qəbul edilməsi tövsiyə edilmişdir (səh.83-95). 

Açar sözlər:proqram mühəndisliyi, standartlar, keyfiyyətin idarə olunması, standartların profilləri, tədris standartları.
DOI : 10.25045/jpis.v11.i1.07
Ədəbiyyat
  • Əliquliyev R.M., İmamverdiyev Y.N., Mahmudov R.Ş. İnformasiya təhlükəsizliyinin multidissiplinar elmi-nəzəri problemləri, İnformasiya Cəmiyyəti Problemləri, 2017, №2, s.32–43
  • International Organization for Standartization, https://www.iso.org/home.html
  • International Electrotechnical Commission, https://www.iec.ch/
  • Association for Computing Machinery, https://www.acm.org
  • Software Engineering Institute, https://www.sei.cmu.edu
  • Project Managment Institute, https://www.pmi.org
  • Institute of Electrical and Electronics Engineers, https://www.ieee.org
  • ISO/IEC JTC 1/SC 7, Software and systems engineering, https://www.iso.org
  • Standartlaşdırma, http://www.mincom.gov.az/az/view/pages/79
  • Khan, H. H., & Malik, M. N. Software Standards and Software Failures: A Review With the Perspective of Varying Situational Contexts. IEEE Access: Practical Innovations, Open Solutions, 5, 17501-17513, 2017, doi: 10.1109/ACCESS.2017.2738622
  • Gonzalez-Perez, B. Henderson-Sellers, T. McBride, G.C. Low, X. Larrucea, An ontology for ISO software engineering standards: 2) Proof of concept and application, Computer Standards & Interfaces, 2016, doi:10.1016/j.csi.2016.04.007
  • Software Engineering Standards, http://www.users.encs.concordia.ca
  • Software Engineering, https://webstore.ansi.org/industry/software/software-engineering
  • Profiles of standards for the life cycle of systems and software in software engineering. Standards Profile https://equpment.ru/en/gadgets/profili-standartov-zhiznennogo-cikla-sistem-i-programmnyh-sredstv-v/
  • Липаев В.В. Профили стандартов жизненного цикла программных средств //JetInfo, 2005, №12(151), с.2-19.
  • Оценка надежности программных средств в соответствии со стандартами серии SQuaRE, https://poznayka.org/s28958t1.html
  • Claude Y. Laporte, Alain April. Software Engineering Standards and Models. Software Quality Assurance, Chapter 4, 2017, pp.101-115.
  • Bayramova T.A., Abbasova N.P. Proqram təminatının verifikasiya və validasiyası / “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” III respublika elmi konfransı, Sumqayıt, 15 dekabr 2016.
  • The ISO/IEC 25000 series of standards, https://iso25000.com/index.php/en/iso-25000-standards/
  • Claude Y. Laporte, Rory V. O’Connor, Luis-Hernan Garcia-Paucar. The Implementation of ISO/IEC 29110 Software Engineering Standards and Guides in Very Small Entities / Evaluation of Novel Approaches to Software Engineering: 10th International Conference, ENASE 2015, Barcelona, Spain, April 29–30, 2015, pp.162-179.
  • Claude Y. Laporte, Simon Alexandre, Rory V. O’Connor. A Software Engineering Lifecycle Standard for Very Small Enterprises / Software Process Improvement: 15th European Conference, EuroSPI 2008, Dublin, Ireland, September 3-5, 2008, pp. 129–141.
  • Kazımov T.H., Bayramova T.A. Azərbaycanda proqram mühəndisliyinin tədrisinin problemləri // İnformasiya Cəmiyyəti Problemləri, 2017, № 1, s.105-111.
  • Software Engineering 2014, Curriculum Guidelines for Undergraduate Degree Programs in Software Engineering, https://www.acm.org/education/se2014.pdf
  • Software Engineering Body of Knowledge (SWEBOK), https://www.computer.org
  • Graduate Software Engineering 2009, (GSwE2009) Curriculum Guidelines forGraduate Degree Programs in Software Engineering, https://www.acm.org
  • Computer Science Curricula 2013, Curriculum Guidelines for Undergraduate Degree Programs in Computer Science, http://www.acm.org/education/CS2013-final-report.pdf
  • Мышенков К. С., Павлов П. А., Тоноян С. А. Классификация стандартов в области качества информационных систем и программных средств // Радиопромышленность. 2017. № 4. С. 151–162.
  • Choi, D. G. and de Vries, H.J., Standardization as emerging content in technology education at all levels of education, International Journal of Technology and Design Education 21 (1), 2011, pp. 111-135.
  • De Vries, H. J. Standardization: A business approach to the role of national standardization organizations. Springer Science & Business Media, 2013.