AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
İNNOVASİYA STRUKTURLARININ FƏALİYYƏT SƏMƏRƏLİLİYİNİN YÜKSƏLDİLMƏSİNİN PERSPEKTİV İSTİQAMƏTLƏRİ
Şahverdiyeva Roza O.

Məqalə iqtisadiyyatın innovasiyalı inkişafının bəzi problemlərinin tədqiqinə həsr olunmuşdur. Burada əsas inkişaf mənbəyi kimi innovasiya strukturlarının  fəaliyyət  səmərəliliyinin yüksəldilməsinin konseptual perspektiv istiqamətlərinin müəyyənləşdirilməsinə baxılmışdır. İnnovativ strukturların fəaliyyətinin səmərəliliyinin mahiyyəti izah olunmaqla problemin qoyuluşu şərh edilmiş və onun tədqiq olunma vəziyyəti haqqında məlumat verilmişdir. İqtisadi inkişafda innovasiya strukturlarının rolu, əhəmiyyəti və fəaliyyət xüsusiyyətləri təhlil edilmişdir. İnnovasiya strukturlarının fəaliyyətinin idarə edilməsi üzrə “Web of Science” bazasında indeksləşən əsas nəşrlər üzrə toplanmış biblioqrafik informasiyanın vizual görünüşü VOSviewer tətbiq proqram paketi vasitəsilə təqdim olunmuşdur. Beynəlxalq innovasiya və iqtisadi indekslər üzrə Azərbaycanın mövcud vəziyyətinin təhlili aparılmışdır. İnnovasiya strukturlarında innovativ vəziyyətin monitorinqi sisteminin xüsusiyyətləri araşdırılmaqla innovasiya strukturlarının fəaliyyətinin effektivliyinin idarə edilməsi problemləri müəyyənləşdirilmişdir. İnnovasiya strukturlarında elmi-texniki-innovativ layihələrin effektiv qiymətləndirilməsi metodları göstərilmişdir. Onların informasiya təminatının təkmilləşdirilməsinin  perspektiv istiqamətləri təklif olunmuşdur. “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi, “bulud” texnologiyasının tətbiqinin məqsədəuyğunluğu əsaslandırılmışdır. Həmçinin innovasiya strukturlarında məhsul/xidmət istehsalının təkmilləşdirilməsi üçün müvafiq yanaşma və modellər təklif olunmuşdur. Beynəlxalq iqtisadi təşkilatların innovativ müəssisələrin perspektiv fəaliyyətinin təşkili üzrə tövsiyələri nəzərə alınmaqla Azərbaycanda innovativ strukturların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinin institutsional mexanizmləri araşdırılmışdır. İnnovasiya strukturlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində 4-cü və 5-ci sənaye inqilablarının tətbiqi perspektivləri göstərilmişdir. Həmin istiqamətdə formalaşan innovativ strukturların fəaliyyət səmərəliliyinin yüksəldilməsi üzrə kompleks xarakterli tövsiyə və təkliflər verilmişdir. İnnovasiya strukturlarının fəaliyyət səmərəliliyinin yüksəldilməsi proseslərinin modelləşdiriliməsi üçün sistemli analiz, korrelyasiya və reqressiya analizi, ekonometrik modelləşdirmə üsul və vasitələri tətbiq olunmuşdur. İnnovasiya strukturlarında idarəetmə proseslərinin təkmilləşdirilməsi  üçün təklif olunan yanaşma və modellər digər strukturlarda tətbiq oluna bilər (səh.103-118).

Açar sözlər:innovativ strukturlar, elmtutumlu istehsal, sənaye inqilabları, innovativ texnologiyalar, texnoloji sektorlar.
DOI : 10.25045/jpis.v11.i1.09
Ədəbiyyat
  • Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri, Bakı, 6 dekabr 2016-cı il, http://www.president.az
  • “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 3 iyun 2019-cu il, http: www//president.az/articles/33423
  • Elm haqqında Azərbaycan Respublikasının Qanunu, http://www.science.gov.az
  • European Commission. Factories of the future multi-annual roadmap for the contractual PPP under Horizon 2020. Prepared by: European Factories of the Future Research Association (EFFRA) a Manufuture İnitiative, http://www.ec.europe.eu
  • Pereira , Romero F. A research, development and innovation management system for small and medium enterprises / proceedings of the 4th int. Conference on Production Economics and Project Evaluation (ICOPEV), 2018, pp.185-191.
  • Hobbs K.G., Link A.N., Scott J.T. Science and technology parks: An annotated and analytical literature review // Int. journal of technology transfer, 2017, vol. 42, no.4, pp.957-976.
  • International Association of Science Parks and Areas of Innovation, http://www.iasp.ws.
  • Global Innovation Index-2019, 451p. http://www.globalinnovationindex.org/Home
  • Doing Business-2019, 311 http://www.doingbusiness.org
  • Zoltán J. Ács László Szerb Ainsley Lloyd. The Global Entrepreneurship Index-2018. The Global Entrepreneurship and Development Institute, 89p. http://www.thegedi.org/wp-content/uploads/dlm_uploads/2017/11/GEI-2018-1.pdf.
  • European Innovation Scoreboards (EIS)-2019 project for the European Commission, 39, https://ec.europa.eu 
  • Бозо Н.В., Динер А.В. Методический подход к оценке эффективности деятельности технопарков // Вестник ТГУ, Экономика, 2016, №1(33), с.105-115.
  • Alguliyev R.M., Aliyev A.G., Shahverdiyeva R.O. Models and mechanisms for the management of ICT-technoparks // Science Journal of Business and Management, 2016, vol. 4, no.6, 205-209.
  • Ceptureanu E.G., Ceptureanu S.I. The impact of adoptive management innovations on medium-sized enterprises from a dynamic capability perspective // Technology analysis & strategic management, 2019, vol. 31, no 10, pp.1137-1151.
  • Golovkova M.G., Lashmanova N.V., Kossukhina M. Efficiency evaluation of innovative projects for enterprises of high-tech industries / proceedings of the 19th IEEE International Conference on Soft Computing and Measurements (SCM), 2016, pp.531–533.
  • Батьковский А.М. Анализ реализуемости инновационных проектов, осуществляемых высокотехнологичными предприятиями // Современные тенденции развития науки и технологий, 2016, №1(11), с.10–12.
  • Zhang L., Jingeng M., Huntsinger R.C. Future manufacturing industry with cloud manufacturing // Cloud-Based Design and Manufacturing (CBDM), 2014, pp.127.
  • Əliquliyev R.M., Abdullayeva F.C. Bulud texnologiyalarının təhlükəsizlik problemlərinin tədqiqi və analizi //İnformasiya texnologiyaları problemləri, 2013, №1, pp.3-14.
  • Yang H., Kumara S., Bukkapatnam S., et al. The Internet of Things for smart manufacturing: A review // IISE Transactions, 2019,  v51, no.11, pp.1190-1216. 
  • Əliquliyev R.M., Mahmudov R.Ş. “Əşyaların İnterneti”: mahiyyəti, imkanları və problemləri // İnformasiya cəmiyyəti problemləri, 2011, №2(4), 29-40.
  • Jia D. Research on the integration and innovation of cloud computing technology and enterprise management by internet companies / International Conference on Cyber Security Intelligence and Analytics (CSIA), 2019, vol. 928, pp. 986-992.
  • Ələkbərov R.Q. AzScienceNet elm-kompüter şəbəkəsi: inkişaf mərhələləri, Internet xidmətləri və perspektivləri // İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 12–22.
  • Şahverdiyeva R.O. İnnovasiya texnoparklarının fəaliyyətinin informasiya təminatı sisteminin arxitektur-texnoloji modelinin işlənilməsi // İnformasiya cəmiyyəti problemləri, 2019, №2, s.82–93.
  • Алгулиев Р.М., Махмудов Р.Ш. Вопросы трансформации рыночной экономики в информационном обществе // Вестник Института экономики РАН, 2014, №6, с. 85-101.
  • Gusarova O.M., Kuzmenkova V.D. Modeling and analysis of the trends of development of regional economy // Fundamental Research, 2016, №3, pp.354-359.
  • Aliyev A.G., Shahverdiyeva R.O. Application of mathematical methods and models in product-service manufacturing processes in scientific innovative technoparks // journal Mathematical Sciences and Computing, 2018, vol. 4, No.3, pp.1-12.
  • World Economic Forum, Center for the Fourth Industrial Revolution, https://www.weforum.org/center-for-the-fourth-industrial-revolution
  • World Bank. https://www.worldbank.org
  • World Alliance for Innovation. https://www.wainova.org.
  • Merkestein W.F.,Lindeque J.P. Demerged multinational enterprises: a study of post-demerger international strategies // European journal of international management, 2020, vol.14, no1, pp.55-91.
  • Njos R., Fosse J.K. Linking the bottom-up and top-down evolution of regional innovation systems to policy: organizations, support structures and learning processes // Industry and innovation, 2019, vol. 26, no 4, pp.419-438.   
  • Skobelev P.O., Borovik S.Yu. On the way from industry 4.0 to industry 5.0: from digital manufacturing to digital society // International scientific journal "industry 4.0", 2017,  no 6, pp.307-311.