AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
E-İDARƏETMƏDƏ FƏRDİ MƏLUMATLARIN QORUNMASI: “DATA SƏFİRLİYİ” KONSEPSİYASI
Yusifov Fərhad F., Fərəcova Aysən C.

Məqalədə e-idarəetmədə fərdi məlumatların qorunması sahəsində beynəlxalq təcrübə araşdırılmış və ümumiləşdirmələr aparılmışdır. E-idarəetmədə məlumatların təhlükəsizliyinin təmin olunması sahəsində bir sıra ölkələrin təcrübəsi, o cümlədən Estoniya hökumətinin qəbul etdiyi “Data səfirliyi” konsepsiyası tədqiq olunmuşdur. “Data səfirliyi” konsepsiyası hökumətin yerli məlumat mərkəzlərinin fəaliyyətinin təbii fəlakət, geniş miqyaslı kiberhücum və ya digər böhran vəziyyətində dayandırıldığı bir şəraitdə fəaliyyətini davam etdirməsinə imkan verir. Bununla yanaşı, “Data səfirlikləri” daha yüksək əlyetərlilik zəmanəti versə də, bəzi verilənlərin və ya xidmətlərin qorunması, məlumatın məxfiliyi və bütövlüyü ilə bağlı problemlər səbəbilə hazırda fərdi (xüsusi) buludda yerləşdirilməsi mümkün deyil. Azərbaycanda fərdi məlumatların qorunması sahəsində mövcud vəziyyət və hökumət buluduna keçid prosesi analiz olunmuşdur. Hökumət buludu konsepsiyası dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəzi infrastrukturunda dayanıqlı, çevik, təhlükəsiz və səmərəli fəaliyyətinə zəmin yaradır. Hökumət buluduna keçidin mühüm komponetlərindən biri təhlükəsizliyin təmin olunmasıdır. Məqalədə Milli Data mərkəzinin arxitekturunun həm fiziki, həm də kibertəhlükələrə qarşı təhlükəsizlik tədbirləri göstərilmişdir. Beynəlxalq təcrübədə məlumatların buluda ötürülməsi və təhlükəsizliyinin təmin olunmasına dair müxtəlif yanaşmalar olmasına baxmayaraq, rəqəmsal fasiləsizlik təşəbbüsü dövlət xidmətlərinin əlyetərli olmasını, real vaxtda və istənilən vəziyyətdə istifadə oluna bilməsini və yenilənməsini tələb edir. Hökumət buluduna keçid səmərəli e-idarəetmə mexanizmlərinin işlənməsinə, məlumat mübadiləsinin təhlükəsizliyinin təmin olunması üçün təhlükəsizlik həllərinin işlənməsinə və fərdi məlumatların qorunmasına, e-xidmətlərin keyfiyyətinin artırılmasına və vətəndaş məmnuniyyətinin yüksəldilməsi imkan verəcəkdir (səh.119-130).

Açar sözlər:e-idarəetmə, fərdi məlumatların qorunması, hökumət buludu, “Data səfirliyi”.
DOI : 10.25045/jpis.v12.i2.09
Ədəbiyyat
  • Worldwide and Regional Public Cloud ICT Services 2014-2018 Forecast, https://www.idc.com/getdoc.jsp?containerId=prUS25219014  
  • Purtova N. The law of everything. Broad concept of personal data and future of EU data protection law, 2018, https://doi.org/10.1080/17579961.2018.1452176
  • Imamverdiyev Y.N. E-Sahiyyada Informasiya Tahlükasizliyinin Aktual Problemlari // Informasiya jamiyyati problemlari, 2017, №1, sah. 24–34.
  • Communication from the Commission to the European Parliament and the Council, Data protection rules as a trust-enabler in the EU and beyond – taking stock, https://www.eur-lex.europa.eu
  • Lehavi A., Larouche P., Accetto M., Purtova N., Zemer L. The Human Right to Privacy and Personal Data Protection: Local-to-Global Governance in the Digital Era, 2016, https://www.lawschoolsgloballeague.com
  • Data Protectıon Laws of The World, 2017, https://www.thebackgroundinvestigator.com
  • Cobb S. Data privacy and data protection: US law and legislation, April 2016, pp. 3-1
  • Personal Data Regulation in Russia: Roskomnadzor Update. 2019.
  • World Development Report 2016: Digital Dividends, https://www.worldbank.org
  • Data embassy, https://www.e-estonia.com
  • Personal Data Protection Act, https://www.riigiteataja.ee
  • Digital Government Factsheet 2019, Estonia? https://www.joinup.ec.europa.eu
  • Rijgikogu prinyal zakon o sozdanii posol`stva danny`kh v Lyuksemburge, 2018, http://www.rus.err.ee
  • Yuliya Talmazan, “Data Security Meets Diplomacy: Why Estonia Is Storing Its Data in Luxembourg,” NBCNews.com (NBCUniversal News Group, June 25, 2019), https://www.nbcnews.com/news/world/data-security-meets-diplomacy-why-estonia-storing-its-data-luxembourg-n1018171
  • Data Embassy – e-Estonia, e-Estonia (Government of Estonia, 2019), https://www.e-estonia.com/solutions/e-governance/data-embassy/
  • Sierzputowski B., The Data Embassy Under Public InternationalLaw // International and Comparative Law Quarterly 68, 2019, no 1, pp. 225-242, https://doi.org/10.1017/s0020589318000428
  • Security and Safety – e-Estonia, e-Estonia (Government of Estonia, 2019), https://www/e-estonia.com/solutions/security-and-safety/
  • Governance – e-Estonia, e-Estonia (Government of Estonia, 2019), https://www.e-estonia.com/solutions/e-governance/
  • Implementation of the Virtual Data Embassy Solution, https://www.microsoft.com/en-us/cybersecurity/content-hub/implementation-of-the-virtual-data-embassy-solution
  • “Fardi malumatlar haggında” Azarbayjan Respublikasının Ganunu, 11 may 2010-ju il, https://www.e-qanun.az
  • “Hokumat buludu”nun (G-jloud) yaradılması va “bulud” khidmatlarinin gostarilmasi sahasinda tadbirlar haggında Azarbayjan Respublikası Prezidentinin Farmanı, Bakı shahari, 3 iyun 2019-ju il, http://www.e-ganun.az/framework/42560
  • “Dovlat informasiya sistemlarinin va ehtiyatlarının “Hokumat buludu”na Kechid Planı”nın tasdig edilmasi va “Hokumat buludu” ila baghlı bazi tadbirlar haggında Azarbayjan Respublikası Nazirlar Kabinetinin Gararı, Bakı shahari, 29 oktyabr 2020-ji il, http://www.e-qanun.az/framework/46243