AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
CƏMİYYƏTDƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ MƏDƏNİYYƏTİNİN FORMALAŞDIRILMASI SAHƏSINDƏ BEYNƏLXALQ TƏCRÜBƏNİN ANALİZİ
Rəsmiyyə Ş.Mahmudova

İnformasiya – kommunikasiya texnologiyalarının sürətli inkişafı, informasiya mənbə­lə­ri­nin artması, bütün sahələrdə əhaliyə göstərilən bir çox xidmətlərin elektronlaşması, insan­lar arasında yeni ünsiyyət vasitələrinin meydana çıxması, müxtəlif informasiya sistem­lə­rin­də insanların fərdi məlumatlarının toplanması və digər reallıqlar bir tərəfdən cəmiy­yətin inkişafı baxımından yeni imkanlar yaradır. Digər tərəfdən isə informasiyadan insan­ların şüurunu manipulyasiya etmək, cəmiyyətdə xaos yaratmaq üçün istifadə edil­mə­si cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsini aktual­laş­dırır. Məqalədə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması sahəsində inkişaf etmiş dövlətlərin təcrübəsi analiz edilib. BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşki­latı kimi beynəlxalq təşkilatlar tərəfindən bu istiqamətdə qəbul edilmiş sənədlər, çağırışlar və həyata keçirilən tədbirlər çərçivəsində mütəxəssislərin, vətəndaş­la­rın və müxtəlif əhali qruplarının, eləcə də təhsil işçilərinin, uşaq və gənclərin informasiya təh­lükə­sizliyi mədəniyyətinin səviyyəsinin yüksəldilməsi üçün ayrı-ayrı ölkələrin təcrü­bə­si araşdırılmış və ümumiləşdirilmişdir. Tədqiqatda sistemləşdirmə, ümumi­ləşdir­mə, müqa­yisəli analiz metodlarından istifadə edilmişdir. Tədqiqatdan əldə edilən nəticələr cəmiyyətdə infor­masiya təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan qurumlar üçün faydalı ola bilər (səh.85-94).

Açar sözlər:İnformasiya təhlükəsizliyi mədəniyyəti, Kibertəhlükəsizlik mədəniyyəti, İnformasiya təhlükəsizliyi haqqında məlumatlılıq, Kibertəlim, Mediatəhsil, Beynəlxalq təcrübə
DOI : 10.25045/jpis.v13.i1.10
Ədəbiyyat