AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
AZƏRBAYCANDA İNFORMASİYA TEXNOLOGİYALARI MÜTƏXƏSSİSLƏRİNİN PEŞƏKARLIĞININ ARTIRILMASI PROBLEMLƏRİ
Məmmədova M.H., Cəbrayılova Z.Q.

Ölkəmizdə informasiya cəmiyyəti quruculuğunun formalaşması informasiya texnolo-giyaları mütəxəssislərini müasir inkişafdan geri qalmamağa, rəqabətə dözümlük nümayiş etdirməyə və bunun üçün də bilik və bacarıqlarını artırmağa sövq etdirir. Məqalədə “Azərbaycanda İT mütəxəssislərə tələbatın montorinqi” istiqamətində aparılmış tədqiqatın İT kadrlarının bilik və bacarıqlarını artırmaqda məqsədini, rastlaşdığı problemləri, bu istəyə işəgötürənlərin münasibətini əks etdirən məqamlar  öz əksini tapmışdır. (səh. 73-79)

Açar sözlər:İT mütəxəssisləri, İT ixtisaslari, İT üzrə kadr bazarı, İT mütəxəssislərinin peşə səviyyəsi.
Ədəbiyyat
  • “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)”. ─ Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 avqust tarixli Sərəncamı.
  • “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı” . ─ Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14aprel tarixli Fərmanı.
  • “Azərbaycan Respublikası Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2015-ci illər)”. ─ Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli Sərəncamı.
  • 2006-2007-ci tədris ili üçün ali məktəblərə tələbə qəbulu elanı. Abituriyent 3. 2006.
  • “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”. – Azərbaycan Respublikası Preszidentinin” 2007-ci il 16 aprel tarixli Sərəncamı.