AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Mətbu nəşrlərin reyestrinə daxil edilmə nömrəsi:
3104

Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.

İnformasiya Cəmiyyəti Problemləri jurnalı İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Texnologiyaları Nəşriyyatı” tərəfindən dərc edilən açıq girişli, resenziya olunan  jurnaldır.

Jurnal Açıq Giriş (Open Access) siyasətini izləyir. Bütün məqalələr çap olunandan sonra daimi və pulsuz olaraq saytda yerləşdirilir. Jurnalın elmi məqalələrinin tam mətninə giriş “Arxivlər” hissəsində təqdim olunur.

İstifadəçilərə məqalələrə  istinad etdikləri təqdirdə nəşriyyatçı və ya müəllifin icazəsi  olmadan   məqalələrin tam mətnini oxumağa, yükləməyə, surətini çıxarmağa, yaymağa, axtarış etməyə və link verməyə icazə verilir.

 

Jurnalın əhatə etdiyi əsas istiqamətlər: 

  • İnformasiya cəmiyyətinin elmi-nəzəri əsasları
  • İnformasiya cəmiyyətinin sosial-iqtisadi aspektləri
  • İnformasiya cəmiyyətinin monitorinqi və qiymətləndirilməsi
  • İnformasiya inqilabları
  • IV sənaye inqilabı
  • İnformasiya təhlükəsizliyi
  • İnformasiya siyasəti
  • İnformasiya hüququ
  • İnformasiya iqtisadiyyatı
  • Biliklər iqtisadiyyatı
  • İnformasiya müharibəsi
  • İnformasiya mədəniyyəti
  • İnformasiya ekologiyası
  • İnformasiya asılılığı
  • İnternetologiya
  • İnternetin tənzimlənməsi
  • Elektron dövlət
  • Elektron vətəndaş
  • Elektron demokratiya
  • Elektron elm
  • Elektron təhsil
  • Elektron tibb
  • Elektron kommersiya
  • Əşyaların İnterneti
  • Böyük verilənlər
  • Bulud texnologiyaları
  • Yeni media
  • Sosial şəbəkələr